Kremlin mətbuat xidməti xəbər verib Kremlin mətbuat xidməti xəbər verib

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Kremlin mətbuat xidməti xəbər verib

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Prezidentlər Ukraynadaxili nizamlanma məsələlərini müzakirə ediblər. Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb.

Tərəflər Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi apararaq, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə ediblər.

Telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib.