• Rusiya
  • 29 İyun 23:59
  •  2 126

Lavrov Quterreşlə taxıl böhranını müzakirə edib

Tərəflər Ukrayna taxılının, eləcə də Rusiya gübrələrinin dünya bazarına qaytarılmasını müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat deyib.

Tərəflər Ukrayna taxılının, eləcə də Rusiya gübrələrinin dünya bazarına qaytarılmasını müzakirə ediblər.