- Rusiya və İran
- 16 Avqust 2022 22:32
- 7 671
Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromu vurub

Zərbə nəticəsində uçuş-enmə zolağı və bir neçə maşın zədələnib
Rusiya ordusu “Su-34” qırıcı-bombardmançılarından Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromuna raket hücumu həyata keçirib.
Aznews.az xəbər verir ki, bu barədə Mərkəzi Hava Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.
“Bu gün, avqustun 16-da günortadan sonra Rusiya qırıcıları Belarus ərazisindən havaya təyyarələr qaldırıb. “Su-34” qırıcısında olan iki “X-59” idarəolunan raketlə hücum həyata keçiriblər” deyə məlumatda bildirilir.
Zərbə nəticəsində uçuş-enmə zolağı və bir neçə maşın zədələnib.
Komandanlıq qeyd edib ki, şəxsi heyət sığınacaqda olduğundan xəsarət alan olmayıb.