NATO Baş katibi Rusiyanın təzyiq göstərdiyi ölkələrin adını çəkib

Rusiya müxtəlif vasitələrlə Gürcüstana, Moldovaya, Bosniya və Herseqovinaya təzyiqlər edir.

Aznews.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Biz bu tərəfdaşlarımızın öz suverenliyini qoruması və müdafiə qabiliyyətlərini gücləndirməsi üçün onlara yardım edəcəyik və bu məsələ Budapeştdə keçiriləcək XİN başçılarının iclasında müzakirə olunacaq”, o deyib.

Baş katib NATO XİN başçılarının iclasında bu ölkələrin də təmsil olunacağını deyib.