• Rusiya
  • 8 Dekabr 2022 17:34
  •  2 839

Sabah Putinlə Paşinyan görüşəcək

Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

“Report” Rusiya KİV-in ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

Qeyd edək ki, dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.

Aznews.az