Aİİ bir komanda kimi səmərəli fəaliyyət göstərir- Mixail Mişustin

"Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlər qərbin siyasəti nəticəsində baş verən qlobal dəyişikliklərə qarşı birlikdə dayana bilərlər".

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

"Biz birlikdə koronavirus, onun nəticələri və hazırda baş verən və kollektiv qərbin siyasətinin nəticəsi olan qlobal dəyişikliklər kimi ən böyük çağırışlara qarşı dura bilirik"-deyə o, qeyd edib.

"Xarici təzyiqlərə və çətin beynəlxalq iqtisadi vəziyyətə baxmayaraq, Birlik qarşılıqlı dəstək və qarşıya çıxan vəzifələrin vaxtında həllinə hazır olmaq əsasında vahid və səmərəli fəaliyyət göstərir",- Mixail Mişustin əlavə edib.

Mövsüm