"Rusiya və ABŞ-ın Ukrayna üzrə dialoq üçün xüsusi platformaları yoxdur"- Sergey Ryabkov

Rusiya və ABŞ hazırda xüsusi hərbi əməliyyat və ya Ukrayna mövzusunda xüsusi görüşlər keçirmir, bu mövzularda xüsusi dialoq yoxdur.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yanvarda Moskvaya səfər etməsi ilə bağlı yayılan xəbərlərin saxta olduğunu bildirib.

“ABŞ-ın Moskvadakı səfirliyi və Rusiyanın Vaşinqtondakı səfirliyi ilə əlaqəsi istisna olmaqla hazırda amerikalılarla Ukrayna ilə bağlı xüsusi hərbi əməliyyatla bağlı heç bir dialoqumuz yoxdur. Digər səviyyələrdə vaxtaşırı telefon zəngləri olur, lakin görüşlər, bu cür məsləhətləşmələr üçün xüsusi formatlar keçirilmir”, - deyə o bildirib.

Mövsüm