Volodin: Qərb Ukraynanı terrorçu dövlətə çevirib

"Cinayətkar Kiyev rejiminin törətdiyi terror aktı nəticəsində hərbi komandir Vladlen Tatarski (Maksim Fomin) həlak olub, çoxlu sayda insan yaralanıb".

AzNews.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Vaşinqton və Brüsselin Kiyev hakimiyyətinə dəstək verməsi Avropanın mərkəzində terror dövlətinin yaranmasına səbəb olub", - deyə o bildirib.

O, terrora heç bir bəraət qazandıra bilməyəcəyini və bununla bütün dünyada sərt mübarizə aparıldığını vurğulayıb: "Terrorçularla danışıqlar aparılmır, onlar məhv edilir".