- Rusiya və İran
- 6 Mart 2019 21:36
- 3 389
Rusiyada azərbaycanlıların öldüyü qəzaya görə cinayət işi açıldı

Qəza nəticəsində 6 nəfər azərbaycanlı dünyasını dəyişib.
Rusiyanın Stavropol diyarında 6 nəfər azərbaycanlının ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci bəndi üzrə (yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitəsinin istismarı, iki və daha artıq şəxsin ölümünə səbəb olma) istintaq prosesi başladılıb.
Qeyd edək ki, Nevinnomısk yaxınlığında “ZİL” markalı yük maşını ilə Azərbaycandan Moskvaya gedən “Mercedes Vito” sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər azərbaycanlı dünyasını dəyişib, “ZİL”in sürücüsü daxil olmaqla, 4 nəfər isə yaralanıb. İlkin ehtimala görə, qəzaya “ZİL”in sürücüsünün sükan arxasında yatması və əks zolağa çıxması səbəb olub. (qafqazinfo)
AzNews.az