Ançelottinin "Real Madrid"in "Levante"yə qarşı oyununda görünməsi şayiələrə səbəb olub

"Real Madrid"in baş məşqçisinin istefası tələb olunan "Levante"yə qarşı oyununda hazırda Braziliya yığmasının italiyalı baş məşqçisi Karlo Ançelotti də stadionda olub.

Aznews.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Kral klubu"nun keçmiş məşqçisi oyunu Braziliya Futbol Federasiyasının nümayəndə heyəti ilə birlikdə izləyib. May ayındakı ayrılıqdan sonra stadiona etdiyi ilk ziyarət tribunaların mövcud rəhbərliyə və komandaya qəzəbli olduğu bir matça təsadüf edib. Hətta onun kluba geri dönüşü barədə şayiələr başlayıb. Lakin Ançelotti braziliyalı futbolçular - Junior Vinisius, Rodriqo və Militaonun oyununa, fiziki göstəricilərinə tamaşa etmək məqsədilə oyunu izləyib.

Qeyd edək ki, "Real Madrid" klubunun hazırkı baş məşqçisi Alvaro Arbeloa yanvarın 17-də, öz doğum günündə ilk qələbəsini qazanıb.