- Rusiya və İran
- 23 Sentyabr 2019 21:31
- 2 827
Oyuncaq “Ben Laden” satışdan yığışdırıldı
Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb
Rusiyanın Stavropol şəhərində mağazalardan birində “Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Usame ben Ladenin oyuncaq fiqurunun satışa qoyulması sosial şəbəkələrdə böyük səs-küy yaradıb.
“İnterfaks” xəbər verir ki, Ben Ladenin fiqurunu görən müştərilərdən bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarını bununla bağlı tədbir görməyə çağırıb. Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb.
“Karapuza” mağazasının səlahiyyətliləri isə oyuncağın hansı məqsədlə satılması barədə açıqlama verməkdən imtina edib.(qafqazinfo.az)
AzNews.az