- Rusiya və İran
- 2 May 2020 09:23
- 4 786
Moskvada daha 37 nəfər koronavirusdan öldü
Ümumilikdə paytaxtda 695 koronaviruslu xəstə dünyasını dəyişib
Rusiyanın paytaxtı Moskva şəhərində daha 37 nəfər koronavirusdan vəfat edib.
AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Ümumilikdə paytaxtda 695 koronaviruslu xəstə dünyasını dəyişib.
Rusiya yoluxma hallarının sayına görə dünyada səkkizinci yeri tutur. Ölkədə 114 431 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 13 mindən çoxu sağalıb, mindən çox insan həyatını itirib.