- Rusiya və İran
- 8 Oktyabr 2022 16:02
- 6 082
Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb

Rusiya İstintaq Komitəsi məlumat yayıb
İlkin məlumatlara əsasən, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir
“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.
Müstəntiqlər yük maşını və onun sahibi haqqında məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.