Rusiya hələ də Ukrayna ilə bağlı istənilən ciddi təklifi eşitməyə hazırdır

Rusiya Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı istənilən ciddi təklifi dinləməyə hazırdır və bu, həmişə olduğu mövqedir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib.

“Biz dəfələrlə istənilən ciddi təklifə cavab verməyə və bu mövqeyi saxlamağa hazır olduğumuzu bəyan etmişik”, - Lavrov bildirib.

Rusiya xarici işlər naziri bununla bağlı Afrika liderlərinin bu yaxınlarda Rusiyaya etdiyi səfərləri xatırladıb və onlar Ukrayna böhranının nizamlanması üçün bir sıra təşəbbüslər irəli sürüblər.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bir neçə dəfə bəyan etmişdi ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlar aparmaq imkanından imtina etməyib.

Mövsüm