Ermənistan Rusiya Federasiyasına Roma Statutunun hüquqi həlli üçün razılaşma təklif edib

Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutunun Yerevanın ratifikasiyası ilə bağlı məsələlərin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

Aznews.az xəbər verir ki, bu barədə brifinqdə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan məlumat verib.

“Rusiyalı tərəfdaşlarımıza sənədin 2-ci hissəsinə əsaslanan həllər təklif edildi. Bu, bəzi tərəfdaş dövlətlər arasında yarana biləcək narahatlıqlarla bağlı müəyyən təminatlar yaratmağa imkan verən ikitərəfli sazişin imzalanmasını nəzərdə tutur”, - Kirakosyan bildirib.

Onun sözlərinə görə, müvafiq təklif bir neçə ay əvvəl göndərilib.

Mövsüm