Rusiya Afrikadakı diplomatik mövcudluğunu genişləndirəcək -Lavrov

Rusiya Afrikadakı diplomatik mövcudluğunun genişləndirilməsi üçün çalışır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasına açıqlamasında deyib.

"Biz inkişaf etməkdə olan çoxqütblü dünyanın mühüm qütblərindən birinə çevrilmək niyyətində olan Afrikada diplomatik, iqtisadi və humanitar mövcudluğumuzu genişləndirmək üçün çalışırıq",-deyə Lavrov bildirib.

Lavrov vurğulayıb ki, Moskva Afrika ölkələri ilə birlikdə 2023-cü ilin iyulunda Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitində əldə olunmuş razılaşmaları həyata keçirir.

"Rusiya-Afrika Tərəfdaşlıq Forumunun nazirlər konfransı bu ilin ikinci yarısına planlaşdırılıb. Afrikanın inteqrasiya birliklərinin xarici işlər nazirləri və icra orqanlarının rəhbərləri iştirak edəcək", - Lavrov əlavə edib.

Mövsüm

Aznews.az