Zaxarova İnterpolun Qərbin siyasi oyununa cəlb edildiyini açıqlayıb

Qərb Rusiyanı təşkilatdan daha da çıxarmaq naminə İnterpolu siyasi oyuna sürükləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İnterpol Qərb tərəfindən israrla siyasi oyuna cəlb olunur, onun əsas məqsədi Rusiya Federasiyasını İnterpolun informasiya resurslarından ayırmaq və onu daha da təşkilatdan kənarlaşdırmaqdır”, o, brifinqdə deyib.

Zaxarova xatırladıb ki, 2022-ci ildə İnterpolun İcraiyyə Komitəsi Rusiya Federasiyası ilə bağlı məlumat mübadiləsinə məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Mövsüm

Aznews.az