- Rusiya və İran
- 14 Aprel 11:31
- 4 227
İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib
![](https://www.aznews.az/storage/2024/04/14/b9cd6ce0-1ac4-3494-b774-56eb243c8089_850_(1).jpg)
“İranın İsrailə qarşı əməliyyatı başa çatıb”.
Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.
“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.