Putin müdafiə naziri Şoyqunu istefaya göndərir

Rusiya prezidenti Vladimir Putin 5-ci müddətinə başlayarkən müdafiə naziri Sergey Şoyqunu istefaya göndərəcək və onun yerinə baş nazirin müavini Andrey Belousov təyin ediləcək.

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının rəhbəri təyin ediləcək. Vəzifə dəyişikliyi Rusiya ordusunun Ukraynada irəlilədiyi dövrə təsadüf edir.

Putinin Ukrayna müharibəsindəki rolunun tənqid olunmasına baxmayaraq, Şoyqunu dəstəkləməsi diqqət çəkirdi.

Yeni təyin olunan Belousovun iqtisadçı olması Putinin Ukrayna müharibəsini iqtisadiyyatdan asılı olmayaraq nəzərdən keçirmək istəmədiyini göstərir.

Mövsüm

Aznews.az