- Rusiya və İran
 - 25 Mart 14:36
 - 5 412
 
Peskov: Rusiya və ABŞ əlaqələri davam etdirəcək, hələ ki konkretlik yoxdur
            Rusiya və ABŞ öz əlaqələrini davam etdirəcək, lakin müddətlər və nümayəndə heyətlərinin tərkibi barədə hələ ki konkretlik yoxdur.
 
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Əlaqələrin davam etdiriləcəyi barədə anlayış var, lakin hələ ki konkretlik yoxdur. Bu razılaşdırılacaq", - o vurğulayıb.
D.Peskov əlavə edib ki, hələ ki Rusiya və ABŞ prezidentləri arasında söhbət planlaşdırılmayıb.