İran uranın zənginləşdirilməsini 93%-ə çatdıra bilər

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) anti-İran siyasətini davam etdirərsə, İran uranın zənginləşdirilməsi səviyyəsini 93%-ə çatdıra bilər.

Bu barədə İran Beynəlxalq telekanalı parlamentin bəyanatına istinadən məlumat yayıb.

“İslam Respublikası nüvə tədqiqatları və inkişafı sahəsində heç bir məhdudiyyətlə üzləşmir və elmi, tibbi və sənaye ehtiyaclarına əsaslanaraq 93%-ə qədər zənginləşdirməyə davam edə bilər”, - bəyanatda deyilir.

Qətnamədə həmçinin aydınlıq gətirilir ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə hüquqları, o cümlədən nüvə tədqiqatı, atomun inkişafı və dinc məqsədlər üçün istifadəsi müzakirə oluna bilməz və agentlik zəmanətlərinə tam uyğundur.

Mövsüm

Aznews.az