İran Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini təsdiqləyib

İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsi Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini təsdiqləyib.

Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai həftəlik brifinqdə bildirib.

“Müqavilə Milli Məclisin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsi tərəfindən nəzərdən keçirilib və təsdiqlənib”, - deyə Bəqai bildirib.

Bəqainin sözlərinə görə, sənəd yaxın vaxtlarda yekun təsdiq və ratifikasiya üçün İran parlamentinə təqdim olunacaq.

Mövsüm

Aznews.az