- Rusiya və İran
- 20 İyun 21:07
- 1 096
Putin: Bütün Ukrayna bizimdir

Rusiya prezidenti Vladimir Putin Ukraynada və İsraillə İran arasında gedən müharibə ilə bağlı dəyərləndirmələr edib.
İki ölkə arasındakı münaqişələrə həll yolunun tapıla biləcəyinə inandığını ifadə edən Putin, İranla gündəlik təmasda olduqlarını bildirib.
Rusiyanın həm İsrail, həm də İranla təmasda olduğunu qeyd edən
Putin, "Bizim bəzi təkliflərimiz var. Problemin diplomatik yollarla həll olunacağına inanırıq. İranın dini lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd iddialarına gəlincə, Rusiya lideri, "ümid edirəm ki, bu təhlükə ritorika olaraq qalacaq", -deyə qeyd edib.
Putin daha sonra ölkəsinin Ukraynadakı müharibəsinə toxunub.
Rusiya lideri "Rus və Ukrayna xalqının bir xalq olduğuna inanıram. Bu kontekstdə bütün Ukrayna bizimdir. Rus əsgəri hara ayaq basırsa, bizimdir" iddiasını səsləndirib.
Putin həmçinin bildirib ki, “onlar heç vaxt Ukraynanın suveren hüquqlarına şübhə etmirdilər”.
Mövsüm
Aznews.az