İran Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 430 nəfərin öldüyünü bildirib

İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 430 nəfər ölüb, ən azı 3500 nəfər yaralanıb.

İslam Respublikasının səhiyyə nazirinin müavini Əbdülrəhman Rostamyan bu barədə bildirib.

“Anadolu” agentliyinin məlumatına görə , Rostamyan jurnalistlərə bildirib ki, İsrailin İrana hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 430-a, yaralıların sayı isə 3500-ə çatıb.

Günün əvvəlində İsrailin hücumu nəticəsində fövqəladə xilasetmə missiyaları ilə məşğul olan İran Qızıl Aypara Cəmiyyətinin humanitar vertolyotuna ciddi ziyan dəyib. Təşkilat vurğulayıb ki, İsrail dinc sakinlərə, qadınlara, uşaqlara və humanitar obyektlərə hücum edərək bu normaları dəfələrlə pozub.

Mövsüm

Aznews.az