- Rusiya və İran
- 17:58
- 963
İran ordusu ABŞ və İsrailə qarşı hücumları gücləndirəcəyini açıqlayıb
İranın "qarşılıqlı zərbələr" siyasəti başa çatdı; bundan sonra ABŞ və İsrail qüvvələrinə qarşı "davamlı zərbələr" endirəcək.
Bu barədə İranın hərbi komandanlığının mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya tərəfindən verilən açıqlamada bildirilib.
Fars xəbər agentliyi Telegram kanalında açıqlamaya istinadən bildirib ki, "Cavab zərbələri siyasəti bitdi; bundan sonra yanaşmamız zərbə ardınca zərbə olacaq".
Bəyanatda qeyd olunur ki, istənilən Amerika və ya İsrail gəmisi İran qüvvələri üçün "qanuni hədəf" olacaq. İran həmçinin ABŞ və İsrailə fayda verən Hörmüz boğazından keçən istənilən neft daşınmasını da bloklayacaq.
Mövsüm,
AzNews.az