- Rusiya və İran
- 10:23
- 2 541
Moskvanın mərkəzində mobil internet məhdudiyyətləri qüvvəyə minib
Moskvanın mərkəzində mobil internet məhdudiyyətləri qüvvəyə minib.
AzNews.az xəbər verir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar Moskvanın mərkəzi rayonlarında mobil internet söndürülüb. Eyni zamanda SMS mesajlarının qəbulu və göndərilməsi xidmətinə də məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlər ancaq Moskvanın mərkəz rayonlarına aiddir. Mərkəzdən kənar rayonlarda mobil internet söndürülməyib.
Qeyd edək ki, Qırmızı Meydanda 9 May Paradının keçirilməsi ilə əlaqədar Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Kreml ətrafındakı küçələr və metro stansiyaları bağlanıb. Moskva metrosunun Qırmızı Meydan və ona yaxın ərazidə yerləşən 12 stansiyasına giriş və çıxışa məhdudiyyət qoyulub. Məhdudiyyətlərin yerli vaxtla saat 14-ə qədər qüvvədə qalacağı bildirilib.