“Əxlaqsız” videolara görə lisenziyadan məhrum olunan özbəkistanlı müğənni Esmeralda Raxmatova (Səhnə adı Tamila) Özbəksitandan Qazaxıstana köçüb. “Əxlaqsız” videolara görə lisenziyadan məhrum olunan özbəkistanlı müğənni Esmeralda Raxmatova (Səhnə adı Tamila) Özbəksitandan Qazaxıstana köçüb.

Özbəkistanlı müğənni “əxlaqsız” videolarına görə ölkədən qaçdı

“Əxlaqsız” videolara görə lisenziyadan məhrum olunan özbəkistanlı müğənni Esmeralda Raxmatova (Səhnə adı Tamila) Özbəksitandan Qazaxıstana köçüb.



Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bundan əvvəl müğənni öz İnstaqram hesabını bağlayıb.

"Özbəknavo" estrada birliyi fevralın 2-də müğənnin sosial şəbəkələrdə açıq-saçıq videolarının yayılması ilə əlaqədar onun lisenziyasını geri alıb.

"Müğənni Esmeralda Raxmatova tərəfindən lisenziya razılaşmasının şərtlərinin pozulmasına görə onun lisenziyanın fəaiyyəti dayandırılır", - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 31-də sosial şəbəkələrdə Tamilanın açıq-saçıq görüntüləri yayılıb.

Videonun birində üzü göstərilməyən kişi ondan estrada karyerasına başlamazadan əvvəl nə ilə məşğul olduğunu soruşur. Müğənni isə cavabında şalvarını çıxarır. İkinci videoda Tamila küçədə lüt gəzir.