“İlhamə Quliyeva, siz dahisiniz...”

Müğənni Nadir Qafarzadə Xalq artisti İlhamə Quliyevanın müdafiəsinə qalxıb. O, İ.Quliyevanı sənətkar hesab etməyənləri mədəniyyətdən kənar adam adlandırıb.


AzNews.az xəbər verir ki, o, bu barədə özünün instaqram səhifəsində yazıb: "İlhamə Quliyeva, siz dahisiniz. Mənim sənətkarım, sizin sənətinizi görüb həzm etməyənlər mədəniyyətdən kənar adamlardırlar. İllərin sənətkarı, vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. Mərhum şairimiz Cabir Novruz deyib ki, "sağlığında qiymət verin insanlara".

N.Qafarzadə qeyd edib ki, hər kəs İlhamə Quliyeva ola bilməz: "Elə sənətkarlar var ki, onlar əvəz olunmazdırlar. Guya hamı mələkdir, idelaldır və səhvsizdir. Hər kəs etdiyi günaha görə özü cavab verəcək. Biz Allah deyilik, Allahlıq iddiasına düşmək fikiniz olmasın".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Xalq artisti Flora Kərimova İ.Quliyevanı sənətkar hesab etmədiyini dilə gətirmişdi: "İlhamə sənətdə heç kimdir ki, mənim haqqımda rəy versin. Sənətkara ancaq sənətkar qiymət verə bilər. O, heç vaxt sənətkar olmayıb, həyasızlığı, üzlüyü ilə özünə yer edib".

Bahar RÜSTƏMLİ
AzNews.az