“Elə vaxt olub ki, toya hazırlaşan qız gəlib deyib ki, Səməd Səmədov olmasa ərə getməyəcəyəm”. “Elə vaxt olub ki, toya hazırlaşan qız gəlib deyib ki, Səməd Səmədov olmasa ərə getməyəcəyəm”.

“Gəlin dedi ki, toyumda siz oxumasanız ərə getməyəcəyəm” – Səməd Səmədov

“Elə vaxt olub ki, toya hazırlaşan qız gəlib deyib ki, Səməd Səmədov olmasa ərə getməyəcəyəm”.



Bu sözləri AzNews.az-a açıqlamasında Xalq artisti Səməd Səmədov deyib. O, bundan sonra da dəvət aldığı bütün toylara gedəcəyini bildirib: "Mərhum sənətkar Mirzə Babayev 90 yaşına kimi toylarda oxuyub. Mən də toylara gedirəm, bundan sonra da gedəcəyəm.

Toy sahibi yanıma gəlir, imkanı nə qədər pula çatırsa verir, mən də onu qaçırtmıram. Bəzisi 3 min manat, bəzisi, 2 min manat verir, eləsi olur ki, deyir imkanım yoxdur. Hətta elə olub ki, evimə bəylə gəlin də gəlib. Gəlin deyib ki, Səməd Səmədov toyumda oxumasa ərə getməyəcəyəm, yaxud da oğlan deyib ki,siz olmasanız, evlənməyəcəyəm. Bundan sonra o toya necə getməmək olar?"

Bahar RÜSTƏMLİ
AzNews.az