Ata Kirkorov vəd etdiyi 100 min dolları ödəmir Ata Kirkorov vəd etdiyi 100 min dolları ödəmir

Kirkorovun Bakıda baş tutmayan konsertinin YENİ TƏFƏRRÜATLARI

Ata Kirkorov vəd etdiyi 100 min dolları ödəmir



Flipp Kirkorovun Bakıda nəzərdə tutulan konserti təxirə salındıqdan sonra müğənninin atası Bedros Kirkorov himayəyə götürdüyü erməni uşağa köməkdən imtina edib.

Erməni mətbuatının məlumatına görə, azyaşlı müğənni Andranik Aleksanyan nadir xəstəlikdən əziyyət çəkir: "14 yaşlı Andranik müsabiqədə qalib gəldikdən sonra Kirkorovun atası onun əməliyyatı üçün 100 min avro verməyi vəd etmişdi. Ancaq bu müddət ərzində o uşaqla cəmi 2 dəfə görüşüb".

Bu vəziyyətdən narahat olan yeniyetmə Kirkorovun atası barədə "O artıq xilaskar mələk deyil, o, sadəcə mənim hörmət etdiyim Bedros Krikorovdur" deyib.

Məlumatlara görə, ata Krikorovun Andranikə kömək etməməsi Flipp Kirkorovun Bakı konsertinin təxirə salınması ilə bağlıdır: "Məlumatlara görə, Flippin Bakı konserti ilə bağlı qalmaqalla əlaqədar sponsorluq heç başlamadan başa çatıb".

Elnarə Əlosmanqızı
AzNews.az