Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsinə göndərilir. Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsinə göndərilir.

Mehriban-Kərim qalmaqalı yenidən gündəmdə - Apellyasiya məhkəməsi

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsinə göndərilir.


Bu barədə AzNews.az-a aktrisanın vəkili Əkbər Yusifoğlu məlumat verib. O, bildirib ki, qarşı tərəf Binəqədi Rayon Məhkəməsinin qərarından narazı qalıb: "Dedim ki, narazısınızsa sübutlarınızı məhkəməyə təqdim edib müqayisələndirin. Biz də məhkəmənin təzminat hissəsindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Kərimə 1000 manat cərimə kəsilib. Hesab edirəm ki, məhkəmə bu məsələdə Kərimə az cərimə kəsib. Onun artırılmasını tələb edəcəyik".

Ə.Yusifoğlu qeyd edib ki, müğənni K.Abbasov məsələ ilə əlaqədar dövlət qəzetlərində üzr istəməyəcəyini bildirib.

Xatırladaq ki, M.Xanlarova ilə müğənni Kərimin münasibətləri "Maşın" şoudan sonra pozulub. Kərim şoudan uzaqlaşandan sonra instaqramda M.Xanlarova haqqında ağır ittihamlar səsləndirib: "Əslində mən bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın".

Bundan sonra M.Xanlarova K.Abbasovu məhkəməyə verib. Məhkəmə isə Kərimi 1000 manat cərimələyib və mətbuatda üzr istəməsi ilə bağlı qərar verib.

Bahar RÜSTƏMLİ
AzNews.az