Elnarənin dəli olmasına şübhəsi olan var? – VİDEO – FOTO

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova ifa etdiyi sözləri və musiqisi Günel Sərdarqızına aid olan "Ha-Ha" adlı mahnısına İstanbulda klip çəkdirib.

AzNews.az-ın məlumatına görə, Elnarə klipinin maraqlı şəkillərini "facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Müğənni şəkillərdə usta obrazını yaratmağa çalışıb. O, rəngarəng şinyondan istifadə edərək, üst-başı qarışıq rənglərə bulanmasıyla və tərs mütanasib olan səhnədəki çıxışıyla qeyri-adiliyə imza atmağa çalışıb.

Qeyd edək ki, mahnının aranjimançısı Yaşar Baxış, klipin rejissoru isə Mustafa Sarıkayadır. Klip Türkiyənin yüksək səviyyəli səhnə, işıq və səs avadanlıqlarıyla təchiz olunub. Həmçinin klipdə Türkiyənin tanınmış aktrisası Yağmur Çil də çəkilib.



Fuad Mədətov
AzNews.az
image description image description