Türkiyədən Bakıya gələn İradə İbrahimova kimlərlə görüşür? – FOTO

Müğənni İradə İbrahimova Türkiyənin "TMB" telekanalında yayımlanan "Nurseza ilə günün ritmi" verilişinin qonağı olub. AzNews.az-ın məlumatına görə, müğənni veriliş zamanı yaradıcılığı, ailəsi, Azərbaycan şou-biznesi barədə danışıb.

Əvvəl yeniliklərini bölüşən İ.İbrahimova bildirib ki, repertuarını Murad Dalklılıcın və bir neçə türk və azərbaycanlı bəstəkarın mahnıları ilə yeniləyəcək. O, deyib ki, müqavilə əsasında çalışdığı "Promore" musiqi şirkəti onun sinqlını hazırlayır. Bura onun 2 məşhur mahnısının Türkiyə türkcəsində yazılmış variantı və 3 yeni mahnısı daxildir. Meneceri Ulqar Atəş və mahnıların hazırlanmasında ona köməkçi olan Ozan Çolaqoğlu ilə calışdığını xatırladan müğənni, ətrafında məhşur olduğu qədər peşəkar heyətin birləşdiyini xatırladıb: "Həqiqətən də boyük zəhmət hesabına layihələr ərsəyə gətirdik. Onun nə qədər seviləcəyi şansa bağlıdır".

Müğənni qarşıdakı aylarda klip çəkilişi, konsert hazırlığının olduğunu da deyib. Daha sonra qızı İpəkdən danışan müğənni övladının ona çox bağlandığını qeyd edib: "Analıq bir başqa hissdir. İpəyin bu ayın 11-i 2 yaşı tamam olur. Artıq böyüyür. Amma məndən ayrı qala bilmir. Çəkiliş olanda onu qoyub gedəcəyimi düşünüb üzülürəm. Amma sənət üçün də çalışmalıyam. Canlı efirdə məni görəndə ekranı qucaqlayıb "anamı istəyirəm" - deyib ağlayır. Bunu eşidəndə kövrəlirəm".

Azərbaycan şou-biznesindən danışan sənətçi hadisələri Türkiyədən sıx izləyə bilmədiyini söyləyib: "Bakıya tez-tez gedib-gəlirəm. Həyat yoldaşım Ceyhunun işdən imkanı olanda bizə qoşulur. Sənətçi dostlarımla münasibətim yaxşıdı. Gedəndə zaman tapdıqca onlarla görüşür, zəngləşirik. Şou-biznesdə reklam pis və yaxşı ola bilər. Mən heç zaman pis reklamı qəbul etməmişəm".

Fuad Mədətov

AzNews.az