“Heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm” “Heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm”

“Şeron” qrupunun rəhbərindən sərt açıqlama

“Heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm”

"Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallının Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun qızı Həcərdən boşanmasıyla bağlı xəbərlər yazılsa da, səbəbləri barədə müxtəlif fikirlər səslənir.

R.Zeynallıyla əlaqə saxlayıb, həyat yoldaşından boşanmasının əsl səbəblərini öyrəndik. AzNews.az-a danışan müğənni bildirib ki, Həcər İsrafilovayla bu ilin yay ayında öz razılıqlarıyla ayrılıblar. "Bu, yayda olub. Maraqlıdır ki, çox insanların xəbəri var idi. Amma mətbuata çıxmırdı. Heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm.

İstəmirəm ki, bu məsələylə bağlı uzun-uzadı danışılsın", - R.Zeynallı deyib. Müğənni iki azyaşlı uşağı olan birinci ailəsi ilə hələ də əlaqəni kəsmədiyini deyib. Qeyd edək ki, Həcərlə Rüstəmin toy mərasimi 2008-ci il noyabrın 11-də keçirilsə də, onların rəsmi nikahı olmayıb.

Fuad Mədətov
AzNews.az