Mətanət “Kələğayı”da - Fotolar

İctimai Televiziyanın “Çarçı” film Yaradıcılıq Birliyi "Kələğayı" adlı sənədli film ekranlaşdırıb.


AzNews.az xəbər verir ki, filmdə əməkdar artist Mətanət İsgəndərli, xalq artisti Gülyanaq Məmmədova, teleaparıcı Nigar Əlişova çəkilib.

"Çarçı"dan verilən məlumata görə, sənədli ekran işini ərsəyə gətirməkdə əsas məqsəd kələğayının Azərbaycana məxsus olmasını bütün dünyaya çatdırmaqdır.

Məlumatda qeyd olunur ki, ermənilərin milli mənəvi dəyərlərimizi mənimsədiyi bir zamanda bu cür filmlərin hazırlanması və təbliği önəmlidir.

Qeyd edək ki, çəkilişlər kələğayının hazırlandığı İsmayıllının Basqal kəndində ərcəyə gəlib. Sənədli filmin rejissoru Nəsimi Əliyev, ssenari müəllifi Nigar Əlişova, qurluşçu operatoru Emin Rəhimovdur.