Klipmeykerin doğum günündə müğənnilərin hoqqabazlığı – FOTOSESSİYA

Klipmeyker Nail Naiboğlu doğum gününü keçirib. AzNews.az-ın məlumatına görə, şou-biznesin bəzi nümayəndələrinin qatıldığı doğum günü qonaqlığında maraqlı məqamlar olub.

Teleaparıcı İlahə Nizamiqızının aparıcı olduğu tədbirdə müğənnilərin növbəsiz çıxışları həmkarlar arasında narazılıqla qarşılanmayıb. Adətən, müğənnilərin çıxış etmək üçün yaratdıqları qarşıdurma bu dəfə sakitçiliyə səbəb olub. Müğənnilərin rəqsləri, salonda və dəhlizdə müxtəlif rakurslarda şəkil çəkdirməkləri kənardan izləyənlərin nəzərində olublar.

Ümumiyyətlə, tədbir xoş əhval-ruhiyyədə keçib.

Onu da qeyd edək ki, Nailə verilən hədiyyələrin saysız-hesabsız olması restoranın bir otağına sığışmırdı ki, bu da diqqətimizdən yayınmayıb.

Doğum günü qonaqlığında müğənnilər Əkbər Əliyev, Sevda Yəhyayeva, Samir Piriyev, Elariz, Elvin Abdullayev, Murad Sadığ, Yaşar Cəlilov, teleaparıcılar Zabir Əliyev ilə Zemfira Adıgözəlova və başqaları iştirak ediblər.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description