“Eurovision-2016” mahnı müsabiqəsi artıq arxada qalıb. Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən mahnı müsabiqəsinin növbəti qalibi müəyyən edilib. “Eurovision-2016” mahnı müsabiqəsi artıq arxada qalıb. Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən mahnı müsabiqəsinin növbəti qalibi müəyyən edilib.

Soyuna-soyuna sona qalan təmsilçimiz... – Tanınmışların “Eurovision-2016” təəssüratları

“Eurovision-2016” mahnı müsabiqəsi artıq arxada qalıb. Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən mahnı müsabiqəsinin növbəti qalibi müəyyən edilib.

"Eurovision 2016" mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Ukrayna təmsilçisi Camala olub. O, Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edərək, 534 xalla birincilik əldə edib. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xal toplayaraq müsabiqədə 14 yeri tutub. Azərbaycan təmsilçisi Səmra Rəhimlinin çıxışı istər mətbuatda, istərsə də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri S.Rəhimlinin bu müsabiqədə səsi ilə deyil, geyimi ilə yadda qalacağını qeyd edir. Ümumiyyətlə, Azərbaycanın tanınmış adamları S.Rəhimlinin çıxışını necə dəyərləndirir?


AzNews.az bununla bağlı sənət adamları arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkar Vaqif Gərayzadə, Xalq artisti Faiq Sücəddinov müsabiqəni izləmədiklərini bildirib.



Tanınmış teleaparıcı Telli Pənahqızı: "Yaxşı olsaydı, 14-cü yeri tutmazdı".


Xalq artisti Ağaxan Salmanlı: "Bir söz desəm, bəlkə də səhv buraxaram. Bu tədbir Avropaya, o zövqə hesablanıb. Ona görə də fikirlər birmənalı ola bilməz. Nəzərə alınsa avroşərtlər, əlbəttə Səmra tələblərə cavab verir. Yüksək səviyyədə-səsi, xarici görkəmi, ifası, əlavə əlaqəli nə var; dizayn, köməkçi rəqqaslar...Hər şey ölçüdə göründü mənə. Lakin səhnə sənətinin bir əbədi sirri var, "ŞARM" deyərlər adına. Məncə iştirakçıların bir çoxunda bu yoxdur. Bəlkə mənim üçün adiləşib, lakin mənə elə gəlir ki, adiləşmə gedir, fərqlənə bilmirlər. Çalışmaqları hiss olunur. Nəticə isə bu dəfə məncə alınmadı".


Əməkdar artist Lalə Məmmədova: "Azərbaycan təmsilçimiz çox gözəl çıxış etdi. Səmranın ifası, səhnədə çıxışı, göstərilən şou da Azərbaycana layiq idi. Mənim üçün qalib gəlmək əsas şərt deyil. Əsas layiqli çıxışdır, bunu da bacardı. Qalibiyyət 1-ci olmaq deyil, seçilmək və yaddaqalan çıxış etmək deməkdir".


Müğənni Əli Mirəliyev: "Çox pis baxıram. O nə idi elə? Soyunub lüt çıxıb səhnəyə. O qızı lüt görüb əsəbiləşdim, baxmadım. Bu nə geyim, nə ifadır? Azərbaycana yaraşmır. Bunlar guya, köhnə kəndə təzə dəb gətiriblər. Başım çıxmır, bura Kanadadır, yoxsa İsveçrə? Bura Azərbaycandır ey, öz musiqimiz var. Yad musiqiləri sən bizə sırımaq istəyirsən? Cavanlar baxır, bütün bədən bayırda qalıb. Bu geyim Azərbaycana nə verir? Biabırçılıqdır, torpaqlarımız işğal altında, özümüz də lüt çıxıb mahnı müsabiqəsində 14-ci yeri tuturuq. Vacibdir? Getməyin də, bizə Avropa musiqisi lazım deyil. Mən bilirəm ki, o mahnı ilə Azərbaycan orada yer tuta bilməzdi".


Müğənni Sevda Şanalıyeva: "Birinci yeri tutanda təriflədiyimiz kimi geridə qalanda da "olsun, eybi yox" deməyi bacarmalıyıq".


Gənc şair Aqşin Yenisey: "Mən heç vaxt bu müsabiqəni izləməmişəm, Yəqin ki, bundan sonra da izləməyəcəyəm. Mənə görə bu müsabiqə Avropalı manısların pul tələsindən başqa bir şey deyil. Nə ölkənin beynəlxalq imicinə, nə daxili potensialının inkişafına heç bir təkan verməyən bir el şənliyidir. Ötəri emosiyalar hesablanmış bir çal-çağırdır".

Bahar RÜSTƏMLİ
AzNews.az