- Ermənistan və Gürcüstan
- 11:56
- 2 073
Ermənistan MTX erməni KİV-i təkzib etdier

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) erməni yeniyetmələrin guya Azərbaycan tərəfindən oğurlanması barədə məlumatı təkzib edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xidmətin məlumatında bildirilib ki, Sünik vilayətinin Tex icmasının yetkinlik yaşına çatmamış iki sakini erməni güc strukturları ilə söhbət zamanı ev heyvanlarının arxasınca getdiklərini və duman səbəbindən ərazidə istiqaməti itirərək azdıqlarını bildiriblər.
Xatırladaq ki, MTX iyunun 6-da bəyan edib ki, iki yeniyetmə Karen Cangiryan və Andrey Qyaqunts Aravus kəndi yaxınlığında istiqaməti itiriblər və təsadüfən Azərbaycan ərazisinə keçiblər. Bundan sonra Ermənistanın İstintaq Komitəsi "Oğurluq" maddəsi ilə cinayət işi açıb.
AzNews.az