İbrahim Tatlısəs Bakıya Nuridə Küskünün yanına gəlir?

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin Bakıya müalicə almaq üçün kosmoenerget, ektrasens Nuridə Küskünün yanına gələcəyi barədə yayılan xəbərlər yalandır.

Bu barədə AzNews.az-a Türkiyədə yaşayan həmyerlimiz, müğənni Azəri Günelin atası Rəhman Zeynalov deyib. O, bildirib ki, İbarahim Tatlısəsin Bakıya müalicə almaq üçün gəlişi həqiqətə uyğun deyil.

Qeyd edək ki, keçən ilin əvvəllərində İbrahim Tatlısəsə qarşı sui-qəsd törədilmişdi və başından ağır güllə yarası almışdı. Hazırda müğənninin vəziyyəti normaldır.

Fuad Mədətov
AzNews.az