Elçin Cəfərovun yeni albomu

Bu dəqiqələrdə müğənni Elçin Cəfərovun "Yadına sal" adlı albomunun təqdimat mərasimi keçirilməli olsa da, saat 17.00-a təyin olunan mərasim bir saat keçsə də hələ başlamayıb.

Albomda yer alan mahnıların bəziləri Elçin Cəfərova məxsusdur. Mahnılar Tərlan Məmmədhüseynov tərəfindən oranjiman olunub. Bakı Caz Mərkəzində baş tutan mərasimdə şou-biznes nümayəndələrindən Zamiq, Yaşar Yusif, Mirsalam Mirsalamov və Emil Bədəlov iştirak edir.

Fuad Mədətov
AzNews.az