- Köhnə - Şou-biznes
- 2 İyun 2016 14:29
- 8 516
Emin Bakıda klip çəkdirdi - Video
Müğənni-bəstəkar Emin Ağalarov bir neçə həftə əvvəl Bakıda çəkdirdiyi yeni klipini təqdim edib.
AzNews.az xəbər verir ki, rejissoru Vladimir Bolqov və Velimir Rusakov olan "Ryadom prosnutsa" adlanan mahnının ekran işi İçərişəhərdə lentə alınıb.
Klipdə Rusiyalı model Kristina Qontar rol alıb.
Emin kliplə bağlı fikirlərini bölüşüb:
"Biz onunla ilk dəfə çəkiliş meydançasında görüşdük. Buna baxmayaraq, hər şey təbii alındı".
Sözügedən klipi təqdim edirik: