İbrahim Tatlısəsin Bakı səfəri müğənnimizi məyus edib

Əməkdar artist Cavanşir Məmmədov Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin Bakıya müalicə almaq üçün kosmoenerget, ekstrasens Nuridə Küskünün yanına gəlməsinə kinayə ilə yanaşıb.

O, AzNews.az-a açıqlamasında İ.Tatlısəsnin paytaxtımıza gəlişiylə bağlı münasibətini açıqlayıb: "İbrahim Tatlısəs Türkiyədən bura ekstrasensin yanına müalicəyə gəlib. Tibb elmində elə aparat yoxdur ki, həmin ekstrasensin əlindəki şüanı əvəz eləsin? Onkologiya institunda müəyyən aparatlar vasitəsilə şüa ötürülür ki, bu da xəstənin ömrünün uzadılmasına təsir edir. Bəs əldəki şüa, aparatdakı şüadan güclü ola bilərmi? Ekstrasens istilik verə bilər, amma elə şeylər var ki, onlara bəzi insanlar inanır".

Qeyd edək ki, İbrahim Tatlısəs bu gündən etibarən müalicə prosesinə başlayıb. Nuridə Küskünün müalicə kursu 5 gün davam edəcək.

Fuad Mədətov
AzNews.az