Xəyyam Nisanov konsertinə qohumlarını dəvət edib

Müğənninin solo-konserti iki gün olacaq



Müğənni Xəyyam Nisanovun Heydər Əliyev sarayında verəcəyi solo-konsertin bir gün deyil, iki gün olacaq. AzNews.az-ın məlumatına görə, konsertə gəlmək istəyən tamaşaçıların sayının çox olması təşkilatçıları iki gün keçirməyə vadar edib.

Xəyyam məsələni belə izah edib: "Sponsor, təşkilatçılar, efir və mətbuat dostlarım, qohum və əzizlərim, həmkarlarım, ümumiyyətlə, 800-ə yaxın bilet nəzərdə tutmuşduq. Lakin kassalarda satış intensivliyi imkan vermədi ki, biz bir qismini dəvətnamə edib paylaya bilək. Artıq biletlər satılıb və hələ də tələbat var. İnsanlar bilet axtarır. Güman ki, daha 1 gün əlavə etməli olacağıq".

Müğənninin prodüseri Murad Arif AzNews.az-a açıqlamsında konsertin iki gün keçiriləcəyini təsdiqləyib: "Daha bir gün əlavə konsert etdik. Əgər biletlər satılırsa, ümidvaram ki, həmkarlar və dostlar da buna sevinər. Bizdən inciməsinlər. Bu Xəyyamın sarayda ilk solo-konsertidir. "Açıq Qapı" prinsipinə əl atmağa ehtiyac olmadığı üçün tamaşaçılara minnətdarıq".

Qeyd edək ki, Xəyyam Nisanov Heydər Əliyev Sarayında "Solo" adlı solo-konsert proqramı dekabrın 1-i və 2-də keçiriləcək.

Fuad Mədətov
AzNews.az