Müğənnilərimiz İsveç Krallığında çıxış ediblər – FOTO

AzNews.az xəbər verir ki, dünən İsveç Krallığının paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Cənubi Azərbaycanda (İran) zəlzələdən ziyan çəkmiş həmvətənlərimizə yardım məqsədi ilə xeyriyyə konserti təşkil olunub. Konsertdə xalq artisti Aftandil İsrafilov, müğənni Röya Ayxan, Fuad Dadaşov, əslən Cənubi Azərbaycandan olan Yaqub Zurufçu və başqaları çıxış edib.

Tədbirin açılışını İsveçdə Azərbaycan dilində fəaliyyət göstərən radionun direktoru Məmməd Araz edib. O, çıxışında qeyd edib ki, belə tədbirlərin keçirilməsi mütəmadi olaraq davam edəcək.

M.Araz onu da qeyd edib ki, fars rejiminin zülmündən əziyyət çəkən qardaşlarımızın bu gün bu yardıma ehtiyacı var. O, zəlzələdən sonra Azərbaycan hökumətinin İrana yardım təklif etdiyini, lakin fars rejiminin bundan imtina etdiyini də yada salaraq, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, məlumatı AzNews.az və Vətəninfo.az saytlarının İsveç Krallığındakı təmsilçisi Zöhrab Zeynalov verib.

Fuad Mədətov
AzNews.az

image description image description image description image description