ŞOK! Röyanın yeni çılpaq FOTOSESSİYASI

Müğənni Röya Ayxanın Türkiyə şou-biznesinə qatılmasına dəstək olan türk müğənnisi və bəstəkarı Soner Sarıkabadayı müsahibə verib.

AzNews.az-ın məlumatına görə, Türkiyənin "Show TV" telekanalında Röyanın bu ölkənin şou-biznesinə qatılmasıyla bağlı hazırlanan süjetdə Soner Sarıkabadayı danışıb: "Çox bəyəndiyim insandır. Ona ən böyük faydanı vermək üçün əlimdən gələni etməyə çalışdım. Hörmətli Mustafa Ceceli də mahnının düzənləməsini yazdı. Mahnı yeni yayımlanmasına rəğmən uğur qazanaraq sevilməyə başlayıb.

Röya ölkəmiz üçün önəmli bir körpüdür. Çünki Azərbaycan üçün çox önəmli sənətçidir. Belə bir önəmin bizim ölkəmizdə də kəşf edilməsi iki ölkə arasındakı musiqi istehsalının inkişafına böyük təkan verəcək".

Məlumat üçün bildirək ki, Röyanın Türkiyə şou-biznesinə qatılmasıyla bağlı ilk işi "DMC" musiqi etiketiylə birlikdə hazırlanan "Göndər" adlı mahnıya çəkilən klip olub. Bir neçə gündür ki, klip türk telekanallarında yayımlanır.

Onu da qeyd edək ki, "Göndər" klipinin kadrarxası görüntüləri bu gün Röyanın adına tərtib olunan "Facebook" sosial şəbəkəsindəki səhisəsində paylaşılıb.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description