Xalq artisti Aygün Kazımova Qarabağ müharibəsində iştirak etdiyini deyib Xalq artisti Aygün Kazımova Qarabağ müharibəsində iştirak etdiyini deyib

Aygün Kazımova Zəngilan və Qubadlıda döyüşdüyünü açıqladı – VİDEO

Xalq artisti Aygün Kazımova Qarabağ müharibəsində iştirak etdiyini deyib



AzNews.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımova bu barədə xarici televiziyaların birinə verdiyi müsahibəsində söyləyib. O, həmin televiziyanın əməkdaşıyla söhbəti zamanı ingilis dilini bilmədiyi üçün Azərbaycan dilində danışıb.

Müğənni müharibə ilə bağlı yeni klip çəkdirdiyini, işğal altında olan Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə təxminən 1 ay iştirak etdiyini bildirib.

Qeyd edək ki, xalq artistinin müharibədə iştirak etməsi ilə bağlı bu günə kimi yerli mətbuatda heç bir məlumat dərc olunmaması və özünün də bu haqda danışmaması diqqət çəkib. Üstəlik, video 2012-ci ilin iyul ayında "Youtube"a yerləşdirilməsinə baxmayaraq, daha çox izlənilən və sosial şəbəkələrdə müzakirə olunan videolar sırasındadır.

Fuad Mədətov
AzNews.az