Teleaparıcı qadın bəstəkarla işləməkdən zövq alır – VİDEO

Cütlük “Ay qız”dan sonra, növbəti yeniliklər vəd edir



Teleaparıcı və müğənni Ədalət Qəhrəmanlı ifa etdiyi yeni mahnının mövzusu gənclərə, əsasən qızlara aiddir.

Bu barədə AzNews.az-a danışan mahnının musiqi müəllifi Sevinc Tofiqqızı bildirib ki, Ə.Qəhrəmanlının səsini çox bəyəndiyindən onunla iş birliyinə razılıq verib: "Ona görə Ədalətlə sözləri Gülağa Tənhaya aid olan mahnının üzərində işlədik. Bundan başqa, Ədalət Qəhrəmanlı ilə yenidən bir ayara gələcəyik. Hazırda bir neçə mahnı üzərində işləyirik, həm tanqo üslubunda, həm də lirik janrda. İnşallah yaxın günlərdə bu haqda da xəbəriniz olacaq".

Ə.Qəhrəmanlı isə bildirib ki, bəstəkar S.Tofiqqızı ilə işləməkdən zövq alır: "İşlərimiz davamlı olacaq. "Ay qız" mahnısına tezliklə klip çəkdirməyi düşünürük".

Qeyd edək ki, "Ay qız" mahnısının aranjeman müəllifi Osman Həmidovdur.



Fuad Mədətov
AzNews.az