Müğənni və tarzən Humay Qədimova imicini yeniləyib. Müğənni və tarzən Humay Qədimova imicini yeniləyib.

Qədimova inqilab etdi – FOTOSESSİYA

Müğənni və tarzən Humay Qədimova imicini yeniləyib.

AzNews.az-ın məlumatına görə, müğənni və tarzən Humay Qədimovanın üzərində stilistlər Anar Ağakişiyev və Nigar İbrahimova çalışıblar. Onların təşəbbüsü H.Qədimovanı yeni klipində özünü daha qabarıq göstərəcək. Hələlik yeni saç düzümü və bir qədər dəyişən obrazı ilə görünən müğənni, bunu, müğənni kimi fəaliyyətindən yaranan bir zərurət hesab edir.

H.Qədimovanın yeniliyi tək üzərində deyil, yaradıcılığında da özünü göstərəcək. Tarzən kimi axtarışlarını davam etdirən müğənni, fəaliyyəti haqqında bunları deyib: "Bəstəkarlardan yeni mahnılar almışam. Əsas hədəfim əvəzolunmaz sənətkarımız Elmira Rəhimovanın könül oxşayan mahnılarıdır. Onları yeni aranjemanda səsləndirirəm. Özü ilə danışıb, xeyir-duasını almışam. Bu siyahıda Şəmsi Kərimovun da adını çəkərdim".

Musiqiçi klip çəkilişinə hazırlaşdığını və onun ifasında Elmira Rəhimovanın "İntizar" mahnısına klip çəkdirəcəyini bildirib.

Fuad Mədətov
AzNews.az

image description image description image description image description image description image description