Xalq artisti bir neçə gün ərzində 600-a yaxın dostluq təklifi qəbul edib Xalq artisti bir neçə gün ərzində 600-a yaxın dostluq təklifi qəbul edib

Bu ad Brilliant Dadaşovanı saxta profillərdən qoruyur

Xalq artisti bir neçə gün ərzində 600-a yaxın dostluq təklifi qəbul edib




Artıq bir neçə gündür ki, "Facebook" sosial şəbəkəsində xalq artisti Brilliant Dadaşova saxta profillərdən seçilmək üçün "Brilliant Dadaşova (Suleyman)" profilində özü yazmaqla seçilir.

Bu barədə AzNews.az-a xalq artistinin mətbuat sözcüsü Aynur Əhmədova məlumat verib. O, bildirib ki, Süleyman adı bəzi mətbu orqanları çaşdırıb, hətta bəziləri bunu "Brilliant Dadaşova kişi profilindən yazır kimi" yozublar. Əslində isə səbəb sadədir: "Məlum olduğu kimi, sosial şəbəkələrdə müğənnilərin adına saxta profillər açılır. Bəzən bir müğənninin 4-5, hətta daha çox adda profilinə rast gəlmək mümkündür.
Brilliant Dadaşova da "Facebook"da profil açarkən bu adda profillərin artıq mövcud olduğunu və bu profillərdə onun fotoşəkillərindən istifadə edildiyinin şahidi olub.

Sənətçi Brilliant Dadaşova adının qarşısına (Suleyman) sözünü əlavə etməklə saxta profillərdən fərqlənməyə çalışıb. Süleyman sənətkarın atasının adıdır. Yəni onun profil adına atasının adını əlavə etməsi əslində həqiqi Brilliant Dadaşovanın özü olduğunu göstərməkdir".
A.Əhmədova onu da qeyd edib ki, B.Dadaşova bir neçə gün ərzində 600-a yaxın dostluq təklifi qəbul edib.


Fuad Mədətov
AzNews.az