“Bu məlumatı yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsli-əcabəti müflis olsun” “Bu məlumatı yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsli-əcabəti müflis olsun”

Müflis olan sənətkarlar danışdı: “Nəslin müflis olsun!”

“Bu məlumatı yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsli-əcabəti müflis olsun”

Bunu AzNews.az-a açıqlamasında müğənni, Əməkdar artist Ədalət Şükürov devalvasiyadan sonra müflis olan müğənnilərlə bağlı yayılan xəbərlərə münasibətində deyib. Müğənni turizm şirkətinin 8 il bundan əvvəl bağlandığını bildirib:

“Mənim turizm şirkətim olub. Amma o şirkət düz 8 il bundan əvvəl bağlanıb. Bunun devalvasiyaya nə əlaqəsi? Bunlar da yoxlamamış yazıblar ki, Ədalət Şükürov müflis olub. Onu yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsli-nəcabəti müflis olsun."

Müğənni Nadir Qafarzadənin köməkçisi Bəşir Xıdırov devalvasiyadan sonra onun bağ evinin satdığını təsdiq edib: “Nadirin bağ evi vardı. Oğlu xaricdə təhsil alır. Onun təhsil haqqı çox yüksəkdir. Bu səbəbdən bağ evini satdı. Oğlu sonuncu kursda oxuyur.”

Meyxana ifaçısı Namiq Qaraçuxurlunun köməkçisi Rəfael Abdullayev sənətçinin ayaqqabı mağazasının fəaliyyət göstərdiyini vurğulayıb: “Namiq Qaraçuxurlunun ayaqqabı mağazası var. Hazırda həmin mağaza fəaliyyət göstərir, yəni bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Sadəcə həmin mağazaya mal gətirilmir, hələ ki bunu dayandırıblar.”

Qeyd edək ki, yerli mətbuatda devalvasiyadan sonra Əməkdar artist Ədalət Şükürov, meyxana ifaçısı Namiq Qaraçuxurlu, müğənni Nadir Qafarzadə, Rəqsanə, Zamiq Hüseynov kimi məşhurların müflis olması ilə bağlı xəbər yayılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az